Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda Kəlbəcərin azad edilməsi ilə bağlı avtoyürüş - VİDEO

25.11.2020 20:32

Ali Baş Komandan, Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb. Kəlbəcər rayonunun azad edilməsi sevincini yaşayan vətəndaşlarımız Bakının bir neçə ərazisində avtoyürüş təşkil ediblər və müxtəlif şüarlar səsləndiriblər.

Kəlbəcərin işğaldan azad edilməsi sevincini yaşayan paytaxt sakinləri küçələrə çıxıblar.

Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətindən dərhal sonra Bakı sakinləri bayraqlarla bəzədilmiş avtomobillərlə Heydər Əliyev Mərkəzindən Şəhidlər Xiyabanı istiqamətində yürüş ediblər.


Qeyd edək ki, 27 il Kəlbəcər həsrəti ilə yaşayan bir qrup sakin eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb-liseydən yürüşə start verib. Burda da qələbə yürüşündə yüzlərlə insan əllərində bayraq avtomobillərlə Fəxri Xiyaban, "Azneft" dairəsi, Heydər Əliyev sarayı, Mərkəzi park və digər ərazilərdən keçməklə Hüseyn Cavid parkına tərəf irəliləyiblər.

Yürüş iştirakçıları yol boyu avtomobillərdən həm də ''Kəlbəcər azaddır'', ''Qarabağ Azərbaycandır!'' şüarları səsləndiririblər.

© xezerxeber.az

FOTOQALERIYA






297 dəfə oxunub

XƏBƏRLƏR

23.01.2021 10:57

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR