Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

4 müharibədə iştirak etmiş Polkovnik leytenant Rafiq Məmmədov - VİDEO

23.11.2020 21:55

Bizə pay verilən 1 ömürə bacardığımız qədər yaşadıqlarımızı sığdırırıq. Xoş anlarımızı kədərimizi imtahanlarımızı sığdırırıq. Bir ömürə 4 müharibə sığdıran da var. Bu müharibələrin 4-də də son zərrəsinə qədər mübarizə aparan da var. O erməni meyidlərini dəyişdirib, qəhərini boğub , hərbi salamını verərək şəhidlərimizi çiyninə alıb. Yaralı əsgərlərimizi xəstəxanaya çatdırıb. "Mənim üçün birinci vətən, sonra ailəmdir, çünki bu vətəndə çox ailə var" deyir bütün ömrünü vətənə həsr edən hərbçimiz Rafiq Məmmədov...

O dörd müharibədə iştirak edən, zəfəri bizə bəxş edən qəhrəmanlardan biridir.

Söhbət Əfqanıstan, birinci Qarabağ, aprel və ikinci Qarabağ döyüşlərində iştirak edən, ehtiyatda olan polkovnik-leytenant Rafiq Məmmədovdan gedir. O sentyabrın 27-dən könüllü şəkildə Talış və Madagiz istiqamətində gedən döyüşlərə qatılıb. Orada şəhidləri ərazidən çıxarıb və yaralılara ilkin yardım göstərərək xəstəxanalara çatdırıb.

Əfqanıstan və Qarabağ döyüşlərində yaralanan ikinci qrup əlil olan hərbiçi Aprel döyüşlərində general Polad Həşimovla çiyin çiyinə döyüşüb. Qəhrəmanımız onunla birlikdə mübarizə aparmağın qürurverici olduğunu deyir.

Müxtəlif zamanlarda müxtəlif döyüş taktikası görən Rafiq Məmmədov ikinci Qarabağ savaşında əsgərlərimizin qəhrəmanlıq şücaətindən də danışıb.

18 il İrəvanda yaşadığına görə erməni dilini mükəmməl bilib və hərbi xidmətdə kəşfiyyat bölük komandiri olub. Onun sayəsində ermənilərin çirkin planlarından qabaqcadan xəbərdar olub və dəfələrlə erməni təxribatlarının üstünü açıb.

Uzun müddət ailəsindən uzaqda olan hərbiçi hətta 53 yaşını da cəbhədə qeyd edib. Bu yaxınları üçün bir qədər çətin olsa da ailəsi onunla qürur duyduğunu deyir.

Qəhrəmanımız dörd müharibədə göstərdiyi şücaətinə görə onlarla orden və medallarla təltif olunsa da onun üçün ən qürurverici hiss müharibədən qalib olaraq çıxmağımızdır.

© xezerxeber.az

FOTOQALERIYA






654 dəfə oxunub

XƏBƏRLƏR

23.01.2021 10:57

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR