Düşmən bu rayonlarımızı atəşə tutur - VİDEO

26.10.2020 20:55

Dünyada bəlkə də erməni ikiüzlülüyünə ikinci bir tay tapmaq mümkün deyil. Özlərinin yalvarışi ilə yenidən humanitar atəşkəs elan olunsa da, bu dəfə yenə iki üzlülüklərinə sadiq qalaraq silaha əl atdılar. Bəli xislət dəyişmir. 3-cü atəşkəs razılaşması bunu bir daha sübut etdi. Anlaşma qüvvəyə minəndən bir qədər sonra xain düşmən Tərtər, Ağdam və Ağcabədiyə silah tuşlayıb, evlərə ciddi ziyan dəyib.

Bu səhər saat 8:00-dən yenidən humanitar atəşkəs olunsa da Ermənistan Silahlı Qüvvələri buna əməl etməyib yaşayış məntəqələrimizi atəşə tutmağa başlayıb.

Xüsusən də Tərtərin Qapanlı, Qazyan, Hüsənli, Səhlabad kəndləri və rayon mərkəzi ağır artilleriyadan atəşə tutulub. Təkcə Qazyan kəndində bir neçə evə ziyan dəyib. Düşmən ordusunun atəşkəsin ilk dəqiqələrində atdığı mərmilərdən üçü kənd sakini Fənər Balakişiyevanın evinə və həyətinə düşüb.

Kənd sakini Yasin Cəfərovun həyətinə düşən mərmi də evə və təsərrüfata xeyli ziyan vurub.

Ağdam rayonu da gün boyu ağır artilleriyadan və toplardan atəşə tutulub. Ən çox atəşə məruz qalan yaşayış məntəqələri isə rayonun Çıraqlı, Çəmənli, Əfətli, Qaradağlı, Əhmədağalı və Qərvənd kəndləridir.

Mərmilərin çoxu yaşayış məntəqələrinin ətrafındakı boş sahələrə düşüb. Atılan mərmilərdən biri isə Qaradağlı kənd tam orta məktəbinə xeyli ziyan vurub.

Ermənistan ordusu bütün gün ərzində Ağdam istiqamətində atəşkəsi pozmağa davam edib.

Ağcabədi rayonu da Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

© xezerxeber.az

FOTOQALERIYA






146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR