Təcili yardıma müraciət edənlərin sayı artıb - VİDEO

23.10.2020 21:50

Son günlər koronavirusa yoluxmada artım müşahidə edildiyindən təcili tibbi yardıma müraciət edənlərin də sayı çoxalıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhəri təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib ki, əvvəlki günlərlə müqayisədə təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb.

Baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib ki, yoluxmada vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Bütün qapalı yerlərdə tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.

O qeyd edib ki, müraciətlərin çoxalmasına baxmayaraq, tibbi yardım xidmətinin əməkdaşları xəstələrə vaxtında müdaxilə etməyə çalışırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR