Zəngilanın Ağbənd qəsəbəsi strateji əhəmiyyətə malikdir - VİDEO

23.10.2020 22:47

Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi tarixi əhəmiyyətlə yanaşı, Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyət daşıyır.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ümumilikdə İranla həmsərhəd ərazilərin işğaldan azad olunması hər iki ölkənin həmin bölgələrinin inkişafına böyük təkan verəcək. Bundan başqa, Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri genişləndirəcək və ticarət dövriyyəsini artıracaq. Bu isə İranın Azərbaycanla sərhəd bölgələrinin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq.

Vüqar Bayramov bildirib ki, işğal edilmiş ərazilər "qara bölgə" kimi beynəlxalq terrorizm yuvasına, gizli narkotrafik, qanunsuz miqrasiya məkanına çevrilmişdi. Nəzarətsiz sərhədlər bütün bölgənin, o cümlədən İranın təhlükəsizliyinə də ciddi təhdid, böyük risk idi. Bu baxımdan Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın İranla dövlət sərhədi 765 km-dir, onun 132 km-i uzun illərdir ki, nəzarətsiz qalmışdı. Hazırda İranla olan bütün sərhədə tam olaraq nəzarət edilir. Bununla da İrana doğru işğal edilmiş ərazilərdən uzanan "qara əllər" və "qara yollar" kəsilib.

Millət vəkili onu da qeyd edib ki, hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından daha səmərəli istifadə edəcək. Artıq "Xudafərin" hidroqovşaq bəndinin tikintisinin 90 %-i tamamlanıb.

Üstəlik, son illər Azərbaycanın bir sıra bölgələrində quraqlıq, su çatışmamazlığı müşahidə edilirdi. Araz çayının su ehtiyatlarının bu işə cəlb edilməsi ilə artıq bu problemin də həllində dönüş yaranacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






294 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR