Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ermənistanda hərbi-siyasi böhran kritik həddə çatıb - VİDEO

21.10.2020 21:08

Ermənistanda mövcud vəziyyət Paşinyan rejimini kökündən sarsıdıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatları və hər gün yeni yaşayış məntəqələrimizin və əlverişli yüksəkliklərin azad edilməsi Ermənistanın daxilindəki ağır vəziyyəti daha da dərinləşdirib. Ölkədə hərbi-siyasi böhran kritik həddə çatıb, hakimiyyət üstündə gedən klanlararası rəqabət düşmənçilik, hədə-qorxu və təhdid həddinə qədər yüksəlib.

Politoloq Kərəm Məmmədov deyir ki, bütün bunların mərkəzində məhz qiyam yolu ilə hakimiyyəti ələ keçirən baş nazir Nikol Paşinyanın yarıtmaz siyasəti və idarəçilik prinsipləri dayanır.

Çünki Paşinyan hakimiyyətə gələrkən vəd etdiyi öhdəliklərin demək olar ki, heç birini yerinə yetirməyib. Elə bu səbəbdən də hazırda ölkənin siyasi dairələri, eləcə də rejimə xidmət edən qüvvələr arasında mübarizə açıq müstəviyə keçib.

Paşinyanın sabitlik yaratmaq adı altında kürsüsünü qorumaq istiqamətində etdiyi hər cür qanunsuzluqlar isə ölkədəki narazılıqları daha da artırıb.

Kərəm Məmmədovun sözlərinə görə, Ermənistan hazırda elə bir böhran dövrünü yaşayır ki, Nikol Paşinyan kimi təsadüfi hakimiyyətə gəlmiş adam bu vəziyyətdən xilas yolu tapa bilməz. Bir tərəfdən ölkənin blokada şəraitində olması, digər tərəfdən də Azərbaycanla döyüşlərdə uğradığı ağır məğlubiyyət, eləcə də dərinləşən siyasi-hərbi böhran Paşinyan rejiminin sarsılmasından xəbər verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

04.12.2020 11:15

Ulduz yağışı olacaq

ÇOX OXUNANLAR