Bu il ali məktəbə qəbul olmuşdu, amma qismət olmadı - Gəncə terroru Ləmanın arzularını puç etdi - VİDEO

20.10.2020 21:04

Gəncədə baş vermiş erməni terroru bir çoxlarının, o cümlədən həyat yolunu yenicə seçən gənclərin həyatına son qoydu.

Xezerxeber.az-ın məlumatına görə, 18 yaşlı Ləman Qəhrəmanova aylarla, bəlkə də illərlə hazırlaşaraq universitetə qəbul olmuşdu və tələbə həyatına başlayacaqdı, ancaq erməni vəhşiliyinin qurbanı oldu.

Valideynləri deyirlər ki, Ləman çox sevincliydi. Əziyyətinin bəhrəsini görmüşdü, lakin olmadı.

Həmin gecə ermənilərin terroru nəticəsində Ləmanla yanaşı, bibisi - 34 yaşlı Xatirə Qəhrəmanova və onun övladları - 11 yaşlı Orxan Xəlilli və 6 yaşlı Məryəm Xəlilli də dağıntılar altında qalaraq dünyasını dəyişiblər.

Nənə Sənayət Qəhrəmanova və oğlu Ramiz Qəhrəmanov dağıntılar altında qalaraq xəsarət alıblar. Lakin dünyasını dəyişmiş əzizlərinin acısı öz yaralarından daha ağırdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






481 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR