Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Xudafərin körpüsünün azad edilməsi xüsusi əhəmiyyət daşıyır - VİDEO

19.10.2020 19:59

27 ildən çoxdur ki, işğal altında olan Xudafərin körpüsünün azad edilməsi tarixi, mədəni və siyasi əhəmiyyət daşıyır.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vakili, tarixçi alim Musa Qasımlı deyib.

O bildirib ki, 11-ci əsrdə qədim Azərbaycan dövləti Şəddadilər dövründə inşa edilən körpü ilk növbədə Araz çayının sağ və sol sahilini birləşdirməsi ilə böyük əhəmiyyətə malik olub.

Dəyərli memarlıq abidəsi Azərbaycan memarlıq məktəbinin üslubunu özündə ehtiva edir. 13-cü əsrdə Elxanilər dövründə inşa edilən daha bir körpü də Xudafərin adlanır. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı körpünün bir hissəsi uçurulsa da, sonradan bərpa edilib.11 gözdən ibarət ikinci körpünün isə hazırda yalnız 3 aşırımı salamat qalıb. Xudafərin körpüsü, eyni zamanda iqtisadi, siyasi və mədəni əhəmiyyətinə görə Azərbaycan tarixində mühüm iz buraxıb.

Musa Qasımlı deyib ki, sovetlər dönəmində Xudafərin körpüsü üzərində sərhəd xidmətinin yerləşməsi, eləcə də körpünün yaxınlığında su elektrik stansiyasının tikilməsi onun müstəsna strateji əhəmiyyət daşıdığını göstərir.

Musa Qasım bildirib ki, tezliklə erməni işğalı altındakı bütün torpaqlar azad olunduqdan sonra körpünün strateji və mədəni əhəmiyyəti yenidən özünə qayıdacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


290 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR