Koronavirusa yoluxanlarla sağalanlar arasında kəskin fərq yaranıb - VİDEO

19.10.2020 19:09

Son günlər koronavirusa yoluxanların sayının çox olması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, son statistikaya əsasən yoluxanlarla sağalanlar arasındakı fərq olduqca yüksəkdir: "Bu günlərdə hər birimiz ön cəbhədəki əsgərlərimizin sağlamlığını düşünərək xüsusilə diqqətli olmalıyıq. Eyni zamanda arxa cəbhədə olan insanlar sağlam olmalıdır ki, ön cəbhəyə faydalı ola bilək".

Xatırladaq ki, yoluxmada artım müşahidə edildiyindən bu gündən karantin qaydaları sərtləşdirilib. Təhsil müəssisələrində tətil elan olunub, metronun faliyyəti dayandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR