Murov zirvəsinin azad olunması böyük strateji üstünlükdür - VİDEO

28.09.2020 19:41

Murov zirvəsinin azad olunması böyük strateji üstünlükdür. 10 km enində və 70 km uzunluğunda ərazini əhatə edən dağ silsiləsinin hərbiçilərimizə verdiyi strateji imkanlardan keçmiş korpus komandiri şair ramaldanov danışıb.


"Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması Azərbaycan Ordusuna böyük strateji üstünlük verir". Ordumuzun cəbhənin Goranboy istiqamətində keçirdiyi hərbi əməliyyatın uğurla nəticələndiyini deyən keçmiş korpus komandiri Şair Ramaldanov bildirdi ki, Murov zirvəsinin azad olunması qoşunlarımıza bir çox istiqamətlərdə üstünlük verir. Onun sözlərinə görə, zirvənin ələ keçirilməsi Murov dağ ərazisində olan düşmənləri mühasirəyə almağa imkan verir.


Murov dağ zirvəsi Kəlbəcər rayonu ərazisində olan yüksəkliklərin ələ keçirilməsi baxımından da böyük strateji üstünlüyə malikdir. Bu yüksəkliklərin ələ keçirilməsindən sonra Kəlbəcərin işğaldan azad olunması qaçılmazdır.


Qeyd edək ki, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Şair Ramaldanov deyir ki, Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatı aparmaq üçün bütün lazimi imkanları var.

© xezerxeber.az

FOTOQALERIYA






443 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR