Gəncədə yaşayış binalarının həyətini zəbt etmək istəyirlər - VİDEO

25.09.2020 21:56

Gəncə şəhərində yaşayış binalarının qarşısındakı məhəllədə bir neçə fərdi ev tikilib. Bəzilərinin isə tikintisi yarımçıq dayandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Gəncə şəhəri, Fikrət Əmirov küçəsindən gedir.

Fikrət Əmirov küçəsində yerləşən 16, 18 və 20 saylı binaların sakinləri iddia edirlər ki, hətta uşaqların oynaması üçün nəzərdə tutulan ərazi də zəbt edilə bilər. Çünki bir müddət əvvəl sakinlərə bildirilib ki, həmin yerdə yeni ev tikəcək. Bu isə onların narazılığına səbəb olub.

Sakinlər qeyd ediblər ki, yaxın keçmişdə boş ərazidə nümunəvi məhəllə yaradılması planı var idi. Bu baş tutmasa da, hazırda həmin hissə məhəllə uşaqlarının yeganə oyun yeridir.

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin əməkdaşı Təlatüm Məmmədov bildirib ki, sakinlərin müraciətindən sonra əraziyə baxış keçirilib.

Qurum rəsmisi əlavə edib ki, tikinti işlərinin aparılmayacağı ilə bağlı sakinlər məlumatlandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR