18 metr hündürlükdə insanabənzər döyüş robotu hazırlanıb - VİDEO

25.09.2020 13:43

Yaponiyalı mütəxəssislər 18 metrlik "mech” (insanabənzər döyüş robotu – red.) hazırlayıblar.

"Gundam” adlanan nəhəng robotla bağlı kadrlar sosial şəbəkələrdə yayımlanıb.

O da vurğulanır ki, "mech” bu mərhələdə çox yavaş hərəkət edir, video dörd dəfə sürətləndirilib.

Kod.ru-nun məlumatına görə, "Gundam”ın hərəkət spektri böyükdür: barmaqlarını qatlaya, dizlərini bükə bilir.

Bununla belə, onun heç bir funksional təyinatı yoxdur. "Gundam” sadəcə anime-serialların fanatlarını sevindirəcək.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR