Hərbi Hava Qüvvələri döyüş uçuşları keçirir - VİDEO

24.09.2020 19:44

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, senariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Bundan başqa, Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planına əsasən mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib.
Həmçinin Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları da keçirilir. Uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




© xezerxeber.az

FOTOQALERIYA






199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR