Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

"Xəzər FM" yeni layihəyə başlayır - VİDEO

24.09.2020 19:55

Şənbə günündən etibarən "Xəzər FM" "British Counsil" ilə birgə yeni layihəyə başlayır. Bu dəfə doğma radiomuzda ən müasir elektron musiqilər səsləndiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu dəfə "Xəzər FM" dinləyiciləri Britaniya musiqisinin sehrinə düşəcək.

Dinləyicilər 1 saat ərzində Birləşmiş Krallığın Bristol, Belfast, Kardiff və Qlazqo kimi şəhərlərinə virtual səyahət edərək, bir-birindən fərqli və ən populyar elektron musiqiləri dinləmək şansı əldə edəcəklər.

Proqramın tərəfdaşları isə Böyük Britaniyanın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatı olan "British Council" tərəfindən istehsal edilən "Selector Radio" verilişi və "Sektoreight sektreyid" şirkətidir.

"Xəzər FM" radiosunda qonaq olan "British Counsil" təşkilatının ölkə üzrə direktoru Samr Şah bildirib ki, dinləyicilər məhz bu proqram vasitəsilə Böyük Britaniyaya virtual səyahət edəcəklər.

Hər həftənin şənbə günü axşam saat 11-dən 12-ə kimi "Xəzər FM" radiosuna qoşularaq müasir musiqidən zövq ala bilərsiniz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR