Biləsuvar, İsmayıllı və Qubada ağır yol qəzaları - 3 nəfər ölüb, yaralılar var - VİDEO

24.09.2020 20:24

Biləsuvarda sürücünün ölümü ilə nəticələnən ağır qəza baş verib. Hadisə şəhərin Mübariz İbrahimov küçəsində qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, 38 yaşlı Lerik rayon sakini Əfqan Dadaşov idarə etdiyi avtomobil əks istiqamətdən gələn traktorla toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Maşında olan digər sərnişinlər Biləsuvar rayon xəstəxanasına yerləşdiriliblər.

İsmayıllıda da baş verən qəza ölümlə nəticələnib. Bizlan kəndi ərazisində Bakı şəhər sakini 30 yaşlı Azər Qədirli avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Ağır xəsarətlər alan sürücünün anası 63 yaşlı Əliyyə Qədirli hadisə yerində dünyasını dəyişib. Sürücü və onun oğlu 5 yaşlı Uğur Qədirli isə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qubada isə piyadanın vurulması ilə nəticələnən qəza qeydə alınıb. Yol nəqliyyat hadisəsi Quba-Xaçmaz yolunun Alekseyevka kənd ərazisində baş verib. Rayonun Amsar kənd sakini Əminə Xələfova yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Nəticədə o, hadisə yerində ölüb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






217 dəfə oxunub

XƏBƏRLƏR

23.10.2020 09:40

Zidan üçün son şans

ÇOX OXUNANLAR