“Azərsu”ya müraciət etmək asanlaşdı - yeni portal istifadəyə verildi - VİDEO

24.09.2020 19:20

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən elektron su portalı (http://e-su.az) istifadəyə verilib.

Xezerxeber.az-ın məlumatına görə, saytın təqdimatı ilə bağlı keçirilən brifinqdə "Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov deyib ki, portalda təmsil etdiyi qurumun tətbiq etdiyi bir çox elektron xidmətlər vahid platformada birləşdirilib. Bu sistem vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, elektron su portalına giriş "Asanlogin” üzərindən həyata keçirilir. Sistemə daxil olduqdan sonra abonentin kodu, telefon nömrəsi və elektron poçt ünvanı qeyd olunur. Portalda istifadəçilərə 5 abonent kodunu idarə etmək imkanı yaradılıb və vətəndaşlar həmin kodlara uyğun abonent məlumatlarını dərhal əldə edirlər. Burada içməli su və tullantı su xidmətlərinə görə formalaşmış bildirişlər əldə etmək və ödənişlər aparmaq mümkündür. Eyni zamanda, abonentlər bütün ödənişləri ilə bağlı məlumatları da sistem vasitəsilə əldə edə bilərlər. Bu da gələcəkdə ödənişlərlə bağlı mübahisəli məsələləri aydınlaşdırmağa imkan verir. Portal üzərindən əhali qrupu üzrə istehlakçılar mexaniki sayğacların göstəricilərini təqdim edib bildirişləri əldə edə bilərlər. Gələcəkdə vətəndaşlar texniki şərtin alınması, su nümunələrinin yoxlanılması, yeni istifadəçinin qeydə alınması xidmətlərindən də yararlana biləcəklər.

Portalda vətəndaşlar üçün "online çat” imkanı da yaradılıb və istifadəçilər 24 saat bu imkandan yararlana bilərlər. Hazırda istifadədə olan ilkin versiyada bəzi xidmətlər aktivdir. Gələn ildən portalın mobil versiyası da istifadəyə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






183 dəfə oxunub

XƏBƏRLƏR

23.10.2020 12:50

Sabah HAVA necə olacaq?

ÇOX OXUNANLAR