Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakı və Abşeronda əməliyyat - tutulanlar var - VİDEO

24.09.2020 19:37

Salyan sakini Bakıda külli miqdarda narkotik vasitə ilə saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Salyan şəhər sakini Fəxrəddin Hüseynov Bakı şəhəri, Nəsimi rayonu ərazisində tutulub. Şəxsi axtarış zamanı onun üzərindən sellofan bükülüdə 1 kiloqram narkotik vasitə olan heroin aşkarlanıb. Faktla bağlı araşdırmalar aparılır.

Abşeron polisinə isə rayonun Qobustan kəndi ərazisində Niyazi Məhərrəmovun yaşadığı evin həyətində istixanada narkotik tərkibli çətənə kolları əkdiyi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyatla Niyazi Məhərrəmov çətənə kollarına qulluq edən zaman saxlanıb.

İstixanaya baxış zamanı 18 ədəd çətənə bitkisi və həyətdə yerləşən yarımtikilidən 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR