Ali məktəblərə qəbulun nəticələri açıqlanıb - 5 min 580 plan yeri boş qalıb - VİDEO

24.09.2020 20:16

Ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, 42 min 731 abituriyent tələbə adını qazanıb.

Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə bildirib ki, tələbə adını qazanan şəxslər sentyabr ayının 25-dən oktyabr ayının 7-ə qədər öz sənədlərini qəbul olunduqları ali məktəblərə təqdim etməlidir. Bu ilki qeydiyyat ənənəvi qaydada deyil, onlayn formada aparılacaq.

Müsabiqə nəticəsində I ixtisas qrupunda 1700, II qrupda 3 min , III qrupda 300, IV qrupda 550, V ixtisas qrupunda isə 30 yer olmaqla cəmi 5 min 580 plan yeri boş qalıb.

Ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə boş qalan plan yerləri üzrə yenidən ixtisas seçimi imkanı verilir. Universitetlər üçün boş qalan yerlərin siyahısı abituriyent jurnalının 8-ci sayında, kolleclərin plan yerləri isə jurnalın 6-cı sayında dərc ediləcəkdir. Müsabiqə şərtlərini ödəyən abituriyentlər boş qalan plan yerləri üzrə həm ali məktəblərə, həm də kolleclərə ixtisas seçimində iştirak edə biləcəklər.

Təhsil eksperti Kamran Əsədov isə deyib ki, boş qalan plan yerləri əsasən özəl ali təhsil müəssisələrindədir.

Ekspert ixtisas seçimi zamanı abituriyentlərə diqqətli olmağı tövsiyə edir. Abituriyentlər bu dəfə 15 ixtisas yox, 20 ixtisas seçmək hüququna malik olacaq.

Qeyd edək ki, ixtisas seçimi 26 sentyabrdan başlayacaq və ayın 30-a qədər davam edəcəkdir. Bu arada, yüksək bal toplayan 13 abituriyent düzgün seçim etmədiyinə görə tələbə adını qazana bilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






188 dəfə oxunub

XƏBƏRLƏR

23.10.2020 12:50

Sabah HAVA necə olacaq?

ÇOX OXUNANLAR