Azərbaycanda kənddə qəribə hadisə - Polislər kəndin girişində post qoydu - VİDEO

20.09.2020 21:51

Dünən Quba rayonunun Dəlləkli kəndində günün müxtəlif saatlarında ayrı-ayrı vətəndaşlara məxsus tövlələrdə yanğın hadisələri baş verib. Yanğınlar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Kənd polis tərəfindən nəzarətə götürülüb. Bu gün həmin kənddə yenə yanğın qeydə alınıb.

 

Qubanın Dəlləkli kəndində dünən gün ərzində üç tövlədə yanğın baş verib. Bu gün kənddə yenidən yanğın qeydə alınıb.

 

 

Fövqəladə Hallar Nazirliyi yanğınlarla bağlı məlumat yayıb. Qeyd edilir ki, ilk olaraq ümumi sahəsi 75 m² olan tövlənin damına yığılmış 15 ton ot bağlamasının 2,5 tonu, daha sonra sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılmış 15 ton ot bağlamasının 5 tonu və sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, eləcə də damına yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb. Tövlələrin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

 

 

Eyni gündə 3 yanğının olması sakinləri təşvişə salıb.Onlar hadisənin qəsdən törədildiyini iddia ediblər.

 

 

Yanğınların qəsdən törədilməsi ehtimalı nəzərə alınaraq əraziyə Quba Rayon Polis Şöbəsinin və icra hakimiyyətinin nümayəndələri də gəlib. Polis şöbəsindən verilən məlumata görə məsələ ilə bağlı araşdırmalar aparılır. Hal-hazırda polis kəndi nəzarətə götürüb.


© xezerxeber.az

FOTOQALERIYA






301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR