Binəqədi gölü ətrafında təmizlik aksiyası keçirilir - VİDEO

17.09.2020 20:44

Təbiəti qorumaq hamımızın borcudur. İndi haqqında söhbət açacağımız gənclər təbiəti həm tullantılardan, həm də insanlardan qorumaqla məşğuldurlar. Bu gənclər asudə vaxtlarınıəyləncəyə , gəzməyədə sərf edə bilərdilər . Amma onlar sosial,ictimai məsuliyyətləri , hazırda və gələcəkdə ölkəmiz üçün təhlükə yarada biləcək ekoloji problemləri görməzdən gəlməməyi seçiblər. Onlarkönüllü şəkildəBinəqədi gölünün ətrafında təmizlik aksiyası həyata keçirirlər.

Göl boyunca 4000 metrə yaxın ərazi təmizlənib, 20 tona yaxın zibil toplanıb. "Ecofront" adı altında toplaşan bir qrup gənc, cəmi 8 gündə könüllü şəkildə Binəqədi gölünü və ətrafını tullantılardan təmizləyib.

Onların sosial mediadakı çağırışlarına qoşulanlar az deyil. Bununla belə, görüləcək işlər hələ çoxdur.

Ekoaktivist Cavid Qara deyir ki, gölün problemləri təkcə təmizlik deyil. Burda su axarı genişləndirilib, gölün suyu getdikcə azalır. Üstəlik, qanunsuz ovla məşğul olan ovçular gölün ətrafının təmizlənməsi işinə mane olurlar.

Qubanın Alpan, Şabranın Ənbil gölünü də tullantılardan təmizləyən bu gənclərin indi ən böyük istəyi Binəqədi gölünün təmizlənib ətrafında yaşıllıqlar və park salınmasıdır.


© xezerxeber.az

FOTOQALERIYA






290 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR