Goranboyda nişan mərasimi keçirmək istəyənlər cərimələndi - VİDEO

15.08.2020 19:58

Karantin rejimində dəfələrlə yumşalmalar olsa da, toy-yas mərasimlərinin keçirilməsi kimi bəzi qadağalar isə hələdə qüvvədə qalır. Çünki, virusun yayılması insanların kütləvi toplaşdığı yerlərdə daha çox baş veir. Lakin bunun ciddiyyətini anlamayan bəzi insanlar gizlincə müxtəlif mərasimlər keçirməyə çalışır. Elə goranboy və balakəndə də nişan mərasimi edənlər polis tərəfindən saxlanılıb. Abşeronda isə gizli fəaliyyət göstərən kafe aşkarlanıb.

Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.

Polisə rayon ərazisindəki fərdi yaşayış evlərinin birində nişan keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək mərasimi dayandırıb, iştirakçılar saxlanlıraq rayon Polis Şöbəsinə gətirilib.

Aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək övladı üçün nişan mərasimi keçirmək istəyib. Məclis iştirakçıları İnzibati Xətalar Məcəlləsinin müvafiqmaddəsi ilə 200 manat məbləğində cərimə edilib.

Balakəndə də nişan mərasimi keçirmək istəyənlər saxalanılıb.

Rayon Polis Şöbəsinə rayonun Yeni Şərif kəndində karantin qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək, 30-a yaxın şəxsin bir yerə toplaşdığını və ev sahibiNəcməddin Urkayevin karantin qaydalarını pozaraq, qızına nişan mərasimi keçirdiyini aşkar ediblər.

Nəcməddin Urkayev və məclisi təşkil edən digər 8 nəfər Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb, barələrində toplanmış materiallar məhkəməyə göndərilib.

Abşeron rayonunda isə karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib. rayon polis idarəsinin əməkdaşları tərəfindən ceyranbatan qəsəbəsində keçirilən tədbir zamanı rövşən rufullayevin işlətdiyi "xançinar" restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub.

Obyektə baxış zamanı oranın sahibi və daha 11 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq polis idarəsinə gətiriliblər. xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. restoranın sahibi 3 min manat, digər şəxslərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

© xezerxeber.az


631 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR