Polis Mingəçevirdə əməliyyat keçirdi - VİDEO

15.08.2020 19:40

İkirayon ərazisində narkotik tərkibli çətənə bitkisi əkib-becərən şəxslər tutulub. Onlardan xeyli miqdarda çətənə bitkisi aşkar edilib. Hər iki şəxs saxlanaraq istintaqa cəlb edilib.

Çətənə bitkisi əkib-becərən şəxslər saxlanıb.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Rayiv Nəzərov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən və həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 26 kiloqrama yaxın olan 8 ədəd çətənə kolu, eləcə də 2 ədəd sintetik kisədə və plastik qabda4 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Rayiv Nəzərov narkotik vasitəni may ayında əkib-becərdiyini, onun yarpaqlarını yığaraq qurutduğunu bildirib.

Xaçmazda da narkotik tərkibli bitkilər becərən şəxslər saxlanıb. rayon polis şöbəsinin əməkdaşları gecə saatlarında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən ləcət kənd sakini şamil pirəhmədovu saxlayıblar.

Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirilmiş 33 ədəd narkotik tərkibli çətənə bitkiləri və 640 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.Dindirilmə zamanı Şamil Pirəhmədov narkotik tərkibli bitkilərin ona məxsus olduğunu və aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini etiraf edib.

Polis digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan Xaçmaz sakini Coşqun Cəbrayılovun yaşadığı evə baxış keçirilib. Bu zaman fərdi yaşayış evinin həyətyanı sahəsindən 15 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb. Hər üç faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

© xezerxeber.az


559 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR