"Azərişıq" iddialara cavab verdi - MÜDAXİLƏ OLA BİLMƏZ - VİDEO

14.08.2020 20:40

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti son aylarda işıqpulunun çox yazılması ilə bağlı narazılıqlara aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib.

 

Son aylarda vətəndaşlar arasında işqıpulunun çox yazılmasına dair narazılıqlar yayılıb. "Azərişıq" ASC bu gün keçirilən mətbuat konfransında məsələyə aydınlıq gətirməyə çalışıb.

 

Qurumun nümayəndələri bildiriblər ki, istehlakçılar sosial şəbəkələrdə yayılan bəzi məlumatlara inanmamalı, real problemlərlə üzləşdikləri zaman "Azərişıq"a müraciət edərək onları maraqlandıran sualları ünvanlamalıdır.


Qurum rəsmiləri istehlakçıların istifadə etdiyi enerjinin artmasını, sayğaclarda qeydə alınan rəqəmlərin mənzillərdə quraşdırılan soyutma sistemlərinin və digər avadanlıqlarının güc, keyfiyyət, eləcə də texniki parametrlərindən bilavasitə asılı olduğunu bildirib.

© xezerxeber.az

FOTOQALERIYA






304 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR