Ermənistandan sərsəm bəyanat: Aratunyan Gəncəni hədəf seçdiyini açıqladı - VİDEO

14.08.2020 21:06

Tovuzda yaşayış məntəqələrini atəşə tutaraq təxribat törətməyə cəhd edən Ermənistan bu dəfə Gəncəni hədəf seçdiyini açıqlayıb. Belə bir sərsəm bəyanatla Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri çıxış edib. ATƏT-in Minsk qrupu həmsədrləri isə təcavüzkarın faşizmə əsaslanan bəyanatlarına qarşı susqunluğunu qorumaqda davam edir.



Ermənistan Tovuz hadisələrindən sonra təxribatına davam etmək niyyətindədir. Belə ki, Ermənistan mediasında Gəncə şəhərinin hədəf kimi götürülməsi ilə bağlı məlumatlar yayılıb. Bu sərsəm bəyanatın müəllifi isə Dağlıq Qarabağda qondarma rejimin rəhbəri Araik Aratunyandır.


Görünən odur ki, Tovuzda böyük itkilərlə qarşılaşan ermənilər revanş almaq fikrindədirlər. Və bütün bunların Rusiyanın Ermənistana hədiyyə etdiyi çoxlu sayda silah-sursat daşınmasından sonraya təsadüf etməsi xüsusi diqqət çəkir. Millət vəkili Sevil Mikayılova bildirir ki, Ermənistanı təcavüzkar bəyanatlar verməyə sövq edən vasitəçi missiyasını icra edən dövlətlərdən heç bir reaksiyanın olmamasıdır.


Ermənistan bu təcavüzkar və faşist yanaşması ilə uzun illər bu ölkənin siyasi rəhbərlərinin xislətinin dəyişmədiyini bir daha ortaya qoyur. Sevil Mikayılova bildirir ki, Aratunyanın açıqlaması təsadüf deyil və Paşinyanın sülh prosesini alt-üst edən bəyanatlarının davamıdır.


ATƏT-in Minsk qrupu həmsədrləri hər zaman olduğu kimi bu təcavüzkar bəyanatlara heç bir reaksiya vermirlər. Görünən odur ki, həmsədrlər yenə öz ampluasındadır və yalnız turist kimi Azərbaycan və Ermənistana səfər etməklə məşğul olmağa davam edirlər. Bu zaman bir daha Azərbaycan ictimaiyyəti də əmin olur ki, zamanında dövlət başçısının xüsusi diqqəti ilə ordu quruculuğu prosesinin sürətləndirilməsi və Azərbaycan ordusunun dünyanın sayılıb-seçilən ordularından biri olması Ermənistanın təcavüzkar açıqlamaları qarşısında yeganə qarant yerimizdir. Ordumuzun arsenalında olan hərbi vasitələr hazırda nəinki Azərbaycan ərazisinə, hətta Ermənistanın bütün bölgələrindəki fəaliyyətləri fasiləsiz müşahidə etməyə və istənilən hücumun qarşısını almağa tam hazırdır.

© xezerxeber.az

FOTOQALERIYA






682 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR