Müəllimlərin işə qəbulu imtahanları başladı - VİDEO

14.08.2020 19:53

Bu gün müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib. İmtahanların ilk günündə fizika və fransız dili müəllimi olmaq istəyən 2000-ə yaxın namizədin biliklərı sınağa çəkilib.

İmtahanlar ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb.

İmtahanda namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual verilir. İmtahan keçiriləcək bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı dayaradılır.

Qeyd edək ki, test imtahanları 18 gün davam edəcək. İmtahanlar başa çatdıqdan sonra vakansiya seçimi mərhələsi olacaq. Bu mərhələdən də uğurla keçən namizədlər ümumtəhsil məktəklərinə müddətli müqavilə əsasında işə qəbul olunacaqlar. Daha sonra müsahibə mərhələləri təşkil olunacaq. Müsahibə mərhələləsini də uğurla başa vuran namizədlər daimi əsaslarla işləyə biləcəklər.

© xezerxeber.az


265 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR