Azərbaycanda koronavirusa yoluxan şəxslər saxlandı - VİDEO

14.08.2020 18:59

Koronavirus xəstəsi olduqları halda bilərəkdən ictimai yerlərə gedən şəxslər saxlanıb. Polis onları cinayət məsuliyyətinə cəlb edib. Bundan başqa evini uşaq bağçasına çevirən qadın da tutulub.

Koronavirusa yoluxduğunu bilərək küçəyə çıxan şəxslər saxlanıb.

Polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlərə yol verən Salyan rayon sakinləriAnar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar.

Onlar barəsində Cinayət Məcəlləsinin ''epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması'' maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı iləhəbs qətimkan tədbiri seçilib.

Polis bundan başqa Səbail rayonu, Lermontov küçəsi 119 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası da aşkar edib. Məlumat daxil olan kimi Səbail polisi həmin ünvana yollanıb. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Cahan Kərimovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdiyi məlum olub. Mənzilə baxış zamanı 10 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər.

Bağçanın sahibinə polislər tərəfindən ciddi xəbərdarlıq edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, cərimələnib. Qeyd edək ki, övladlarının sağlamlıqlarını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar da cərimə olunublar.

© xezerxeber.az

FOTOQALERIYA






344 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR