Qubaya istirahətə gedənlər cərimələndi - VİDEO

13.08.2020 20:51

Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olunub. Mingəçevirdə də polis ictimai nəqliyyat, gözəllik salonlarında yoxlamalar aparıb. Keçirilən reydlər nəticəsində qanunsuz fəaliyyət göstərən bir oyun zalı da müəyyən edilib və fəaliyyəti dayandırılıb. Hacıqabulda isə karantin rejimi qaydalarını pozaraq xınayaxdı mərasimi keçirən şəxslər saxlanıblar.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tətbiq olunduğu Bakı və Sumqayıt şəhərlərindən, eləcə də digər rayonlardan qeyri-qanuni yollarla rayona istirahətə gələn şəxslər aşkar edilib.

İstirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozan 7 nəfər aşkarlanıb. Onlar inzibati qaydada cərimələniblər.

Mingəçevirdə keçirilən reyddə isə sərnişin daşıyan mikroavtobuslar polislər tərəfindən saxlanıb, sürücü və sərnişinlərin maska taxıb-taxmamaları yoxlanıb.Qaydaları pozanlara qarşı müvafiq tədbirlər görülüb. Bundan əlavə yoxlamalar zamanı şəhərdə fəaliyyət göstərən bir neçə gözəllik salonunda, geyim mağazalarında da bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməmələri aşkarlanıb. Həmçinin şəhər ərazisində fəaliyyət göstərən oyun zalı da müəyyən edilib və qaydalara uyğun olaraq fəaliyyəti dayandırılıb.

Hacıqabul Rayon Polis Şöbəsinəisə xınayaxdı mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyatla fakt öz təsdiqini tapıb və mərasimdayandırılıb. Mərasimdə iştirak edən 11 nəfər polis şöbəsinə gətirilib və barələrində qanunauyğun tədbirlər görülüb.

© xezerxeber.az

FOTOQALERIYA






376 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR