Xırdalanda ata öz oğlunu cinayətə ortaq etdi - VİDEO

11.08.2020 20:14

Abşeron rayon polis idarəsinin əməkdaşları bir neçə əməliyyat keçirib. Oğlunu oğurluğa vadar edən ata, evlərdən oğurluq edənlər, eləcə də soyğunçuluq edən şəxs tutularaq istintaqa cəlb olunublar.


Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutulub.


Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanıb. Bu şəxs azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa vadar edib. Özü isə kənardan oğurluq hadisəsini müşahidə edib. Ata və övladının bu hərəkətləri binaların dayanacağında quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb. Oğurlanan velosipedlərdən bəziləri aşkar olunaraq maddi sübut kimi götürülüb.


Rayonun Qobu və ətraf qəsəbələrində ayrı-ayrı vətəndaşlara məxsus evlərdən oğurluq edən şəxslər də saxlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslər 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər.


Abşeronda daha bir əməliyyatla kirayə yaşadığı mənzildən oğurluq edən Məhəmməd Abdullayev tutulub. Araşdırma zamanı məlum olub ki, bu şəxs kirayə yaşadığı evlərdən mənzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarınını həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Xırdalan şəhərində yetkinlik yaşına çatmayan bir nəfərin dəyəri 600 manat olan mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alan Naftalan şəhər sakini Bəxtiyar Məmmədov tutulub. O, ifadəsində törətdiyi əməli etiraf edib.

Qeyd olunan faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

© xezerxeber.az


374 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR