Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İmtahanda 2 nəfər maksimum bal topladı - VİDEO

11.08.2020 20:02

23-24 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının ilk mərhələsinin nəticələri elan olunub. 2 nəfər maksimal nəticə olan 300 bal toplayıb. Onlardan biri Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin bu ilki məzunu Balaqız Orucova, digəri isə Lənkəran şəhər 10 saylı tam orta məktəbin ötən bu ilki məzunu Mirənvər İsmayılzadədir.Gənclər öz sevinclərini Xəzər Xəbərlə bölüşüblər.


O, öz zəhmətinin bəhrəsini gördü. Bir gün də olsa belə dərsə davamiyyətini pozmayan, müəllimlərinin verdiyi bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirən Xırdalan şəhər sakini Balaqız Orucova qəbul imtahanlarının ilk mərhələsində maksimal nəticə göstərərək 300 bal toplayıb.


Balaqız Orucova növbəti mərhələdə də yüksək bal toplayacağı təqdirdə ali təhsilini Bakı Ali Neft Məktəbində almaq niyyətindədir. Müəllimləri onu nümunəvi şagird adlandırırlar.


Lənkəran şəhər 10 saylı məktəbin 2019-cu il məzunu da yüksək bal toplayıb. Üstəlik, bu onun ilk uğuru deyil. Mirənvər İsmayılzadə ötən il yüksək balla Tibb universitetinə qəbul olsa da, orada təhsilini davam etdirmək istəməyib. Bu il ali məktəbə qəbul olmaq üçün imtahanlara qatılan lənkəranlı gənc yenidən yüksək nəticə əldə edib.


Ailəsinin istəyi başqa olsa da, Mirənvər öz arzularının ardınca getmək istəyib


Qeyd edək ki, Mirənvər İsmayılov ötən il Amerika Birləşmiş Ştatlarının univeristetlərinə də qəbul imtahanlarında yüksək nəticə göstərib. Lakin, Azərbaycanın Tibb Univeristetinə daxil olduğu üçün orada ixtisas seçimində iştirakdan imtina edib.


© xezerxeber.az


468 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR