Qusarlı toy aşpazı dünyada necə məşhurlaşdı? - REPORTAJ VİDEO

10.08.2020 08:57

Qusar sakinikənddə yetişdirdiyi məhsullardan hazırladığı mətbəx nümunələrindən bəhs edən videoları ilə sosial şəbəkələrdə genişizləyici toplayıb. Bir-birindən ləziz yeməklər hazırlayan aşbaz qadınınəl işləri Xəzər Televiziyasında da yayımlanır. Hədsiz dərəcədə təbiiliyi, zəhmətsevərliyi ilə hər kəsin diqqətini çəkən bu qadının kimliyi çoxlarını maraqlandrırır. ''Kənd Həyatı'' verilişinin qəhrəmanı haqqında növbəti xəbərimizdə izləyin.

Öz bostanında yetişdirdiyi məhsullardan hazırladığı yeməklər və öz torpaq sahəsində qurduğu bu şərait xeyli diqqət çəkir.

Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin üzvü Əzizə Rəmixanovanın belə şəraitdəhazırladığı ləziz yeməklərin videoçəkilişləri sosial şəbəkələrdə yüzminlərlə izləyicinin marağına səbəb olub. Bu səmimi və zəhmətkeş qadın indi Xəzər TV-də yayımlanan verilişdə kənd həyatını kəndə yolu düşə bilməyənlərə həvəslə göstərir.

Əzizə Rəmixanova bundan əvvəl Hil kəndində toy mərasimlərində yeməklər bişirb. Pandemiya dövründə isə oğlu ilə birlikdə öz bostanlarından olan tərəvəzlərdən müxtəlif yeməklər bişirərək videolar çəkmək qərarına gəliblər.

Bostanda çəkilişlər aparmaq isə oglu Əmiraslan Rəmixanov fikridir. ƏmiraslanCOVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunana qədər Bakı şəhərindəki restoranların birində aşpazlıq edirmiş.

Həftə içi 5 gün səhər saat 09:40-də Xəzər TV-də efirə gedən ''kənd həyatı '' verilişi geniş izləyici kütləsi toplayıb. Siz də kəndin təbii gözəlliklərini və orqanik məhsullarını efir vasitəsilə görmək və hiss etmək istəyirsizsə Əzizə xanımı izləyin.

© xezerxeber.az


733 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR