Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu - VİDEO

08.08.2020 20:05

Mingəçevirdə karantin qaydalarını pozaraq bakıya sərnişin daşımaq istəyən şəxs saxlanıb. Yoxlanış zamanı həmin şəxsin sürücülük hüququnun olmadadığı da ortaya çıxıb. Balakənə isə karantin qaydalarını pozaraqistirahətə gələn dostlar cərimələnib.

Karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımaq istəyən şəxs saxlanıb...

Hadisə Mingəçevirdə baş verib. Polis əməkdaşları şəhər sakini Vasif Osmanovu idarə etdiyi avtobusla sərnişinləri paytaxta aparmaq istəyən zaman şəhər ərazisində saxlayıb. Avtobusun sürücüsü icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verib.

Yoxlanış zamanı Vasif Osmanovun sürücülük hüququnun olmadadığı da ortaya çıxıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib vəVasif Osmanov 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilib və onlar cərimələniblər.

Balakəndə isə karantin qaydalarını pozaraq Gəncədən istirahətə gələn dostlar cərimələnib. Polis əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reydlər keçirirb. Reyd zamanı sərt karantin rejimi elan edilən Gəncə şəhərindən icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən edilib. Onlar Polis Şöbəsinə dəvət edilərək profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub. Qaydaları pozduqları üçün barələrində protokol tərtib edilib və onlar cərimələniblər.

© xezerxeber.az


494 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR