Bakıda 16 yaşlı qız itkin düşdü - VİDEO

07.08.2020 20:43

Bakıda 16 yaşlı yeniyetmə qız itkin düşüb. Xalasının sözlərinə görə , o ,11 gün əvvəlqardaşı ilə mübahisə etdikdən sonra evdən çıxıb və geri qayıtmayıb. Hazırdapolis vəqohumları qızıaxtarırlar.

Xala 11 gündür itkin düşən bacısı qızı üçün ağlayıb göz yaşı tökür.

Qax rayon sakini Rəna Gəncəliyeva deyir ki, bacısı qızı 16 yaşlıAbdulrəhimova Fəridə Darçın qızı ötən ayın 28-də yaşadıqları paytaxtın Suraxanı rayonu Binə qəsəbəsi Donuzçuluq yaşayış massivindən çıxıb və geri qayıtmayıb. Qadının sözlərinə görə, naməlum istiqamətdə gedən yeniyetmə paytaxda heç bir yeri tanımır. Uşağın anası həmin vaxt rayonda əməliyyat edildiyindən atası da orda olub. Məlumata görə, 16 yaşlı Fəridə Abdulrəhimova itkin düşdüyü gün özündən bir yaş kiçik qardaşı ilə mübahisə edib.

Fəridə Abdulrəhimovanın itkin düşməsi ilə bağlı qardaşı xalasına və yaxınlıqda yaşayan əmisinə xəbər verib. Qohumlar hadisə ilə bağlı ''102'' xidmətinə məlumat veriblər. Suraxanı rayon 30-cu polis bölməsinin əməkdaşları onların ünvanına gələrək itkin düşən qızla bağlı məlumatları alıblar. 11 gündür bütün qohumlar da Fəridə Abdulrəhimovanın axtarışını aparırlar.

Polis Bölməsindən də ''Xəzər Xəbər''ə bildirdilər ki, yeniyetmənin axtarışları aparılır və bütün polis idarə və bölmələrə bu barədə məlumat verilib.

© xezerxeber.az

FOTOQALERIYA






301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR