Azərbaycanda geniş özəlləşdirmə siyasəti aparılacaq - Dövlət şirkətlərinin yükə çevrilməsinin qarşısı alınacaq - VİDEO

07.08.2020 20:35

''Ötən gün ölkə başçısının liberal iqtisadiyyatın inkişaf etidirlməsi ilə bağlı fikirləri onu deməyə əsas verir ki, ölkəmizdə geniş özəlləşdirmə işi həyata keçiriləcək''. Bunu iqtisadçı millət vəkilləri ölkə başçısının çıxışını şərh edərkən bildirib. Onların sözlərinə görə,bu addım ölkəmizdə sahibkarlığın inkişafı ilə yanaşı yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq.

Dövlət şirkətlərinin böyük həcmdə kredit alıb onu geri qaytarmaması büdcə yükünü əhəmiyyətli dərəcədə artırır. Bunu millət vəkilləri prezidentin ötən günki çıxışını şərh edərkən bildirib. Millət vəkili Vahid Əhmədovun sözlərinə görə hazırki vəziyyəti qısa zamanda aradan qaldırmaq üçün nəzarət tədbirlərinin gücləndirilməsi ilə yanaşı yeni iqtisadi modelə keçid əsas şərtlərdəndir ki, ölkə başçısı çıxışında bunun mesajını verdi.

Millət vəkili Vüqar Bayramov bildirir ki, yeni iqtisadi paketin əsas hissəsi məhz özəlləşmə ilə bağlı olmalıdır. Çünki bu siyasətlə iqtisadiyyatın sürətli inkişafına nail olmaq olar.

Millət vəkilləri bildirir ki, dövlət şirkətlərində özəlləşmə tədbirləri təkcə iqtisadiyyatın inkişafını təmin etməyəcək, eyni zamanda itkilərin azaldılması və vətəndaşlara daha yaxşı xidmətin göstərilməsi təmin ediləcək.

Millət vəkilləri bildirir ki, liberallaşdırma siyasəti israfçılığın qarşısının alınması, səmərəsiz layihələrin yolverilməzliyi,büdcə formalaşarkən irəli sürülən təkliflərin hərtərəfli öyrənilməsi kimi məsələlərin həlində müsbət roll oynayacaq. Yəni həm vətəndaş, həm də dövlət qazanacaq.

© xezerxeber.az


360 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR