Dünya ikinci dalğaya hazırlaşır - Azərbaycan müsbət dinamikanı qoruyur - VİDEO

07.08.2020 20:26

Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğa ehtimalını olduqca yüksək qiymətləndirirlər. Hətta bir çox ölkələr qabaqlayıcı tədbirlər görməyə başlayıb. Azərbaycanda isə pandemiya ilə bağlı müsbət dinamika davam etməkdədir. Bu dinamikanın qorunub saxlanılması özümüzdən asılıdır. Qoyulan tələblərə ciddi riayyət etmək lazımdır.

"İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qış aylarında indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək". London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçılarıhəyəcan təbili çalır. Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri də təhlükənin ciddi vüsət alacağını bildirir. Almaniyada da oxşar vəziyyət müşahidə edilir. ÖlkəninHəkimlər Birliyi pandemiyanın ikinci dalğasının başladığını elan edib və bildirib ki, gigiyena tələblərinə məhəl qoymamaq təhlükəyə yol açır.

Türkiyədə 2-ci dalğa səbəbindən karantin tədbirləri yenidən tətbiq edilib. Bu gündən etibarən 83 yaşayış məntəqəsində karantin tədbirləri həyata keçirilir. Fransa hökuməti də yaxın aylarda ölkənin COVID-19-un ikinci dalğası ilə qarşılaşacağını bəyan edib. Avropanın daha bir ölkəsi Estoniya da koronavirusun 2-ci dalğasının başladığını rəsmən açıqlayıb. Rusiya da 2-ci dalğa səbəbindən məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirib. Göründüyü kimi, bir müddət əvvəl sərt karantin rejimlərini ləgv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıb. Azərbaycanda isə tətbiq olunan məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Mütəxəsislər deyir ki, ölkəmizdə pandemiya ilə bağlı stabilləşmə müşahidə edilsə də ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər.

İkinci dalğa təhlükəsi hər bir ölkədə realdır.Üstəlik, virus mutasiya edərək daha kəskin forma alıb. Belə bir şəraitdə əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunan nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır.

© xezerxeber.az


307 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR