Həkim-infeksionist seroloji testlərin əhəmiyyətindən DANIŞDI - VİDEO

06.08.2020 21:48

Seroloji testlər vasitəsi ilə COVID -19 virusunu xəbərsiz və simtompsuz keçirənləri müəyyən etmək mümkün olacaq. Hətta bu xəsətəliyə qarşı immunitetinizin olub olmadığını da öyrənə biləcəksiz. Əməkdaşlarımız seroloji testlərin müsbət tərəflərini araşdırblar.

Seroloji testlərin aparılması olduqca vacibdir. Bu testlərin aparılması əhali arasında COVİD-19 xəstəliyi keçirdiyə görə yaranan immunitetin səviyyəsinin müəyyən edilməsidir.

Həkim-infeksionist Sədrəddin Atakişizadə bildirir ki, seroloji testən keçən və qanında imonoqloblin "C" müsbət çıxan insanların "COVİD19" infeksiyasına yoluxma riski yoxdur.

Seroloji testlərin keçirilməsi metodologiyası kimi sadə təsadüfi seçmə metodunun tətbiq edilməsi məqsədəuyğun hesab edilir.Bu metoda uyğun olaraq,Bakı və Sumqayıt şəhərlərində 1536 nəfərdən test götürülməməsi tövsiyyə olunur. Ölkə üzrə ümumi əhali haqqında nəticələr əldə etmək üçün bu şəhərlərdən əldə olunacaq nəticələr statistik qaydada emal olunur.

Həkim-infeksionist deyir ki,seroloji testlər dünyanın hər yerində və bütün infeksiyalara qarşı aparılan testdir.


© xezerxeber.az

FOTOQALERIYA






405 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR