Türkiyədə döyülən ukraynalı modelin yalanı üzə çıxdı: Onu sevgilisi əzişdirib – VİDEO

05.08.2020 13:30

Şəbəkədə ukraynalı top model Dariya Kirilyukun iştirakı ilə baş verən qalmaqallı hadisənin videosu yayılıb.

Video Snob Magazin adlı türk nəşrinin İnstagram səhifəsində yayımlanıb.

Bundan əvvəl qız sosial şəbəkədə keçən bazar günü dostları ilə Türkiyənin Çeşmə şəhərində Momo çimərliyinin mühafizəçiləri tərəfindən ağır şəkildə döyüldüyünü bildirmişdi.

 

Görüntülərdə qızın yerə yıxıldığı və bir gəncin ona yaxınlaşdığı göstərilir. Təsvir bulanıqdır və əslində nəyin baş verdiyini müəyyənləşdirmək çətindir. Ancaq Türkiyə nəşri qızın sevgilisi tərəfindən döyüldüyünü iddia edir.

Kirilyuk bu yazıya reaksiya verib və sevgilisinin onu heç vurmadığını yazıb.

"Mən "Momo”da döyüldüyümə görə stress keçirmişəm. Bu, dəhşətdir. Sevgilim məni sakitləşdirməyə çalışırdı!” – model izah edib.

Qeyd edək ki, ukraynalı model Dariya Kirilyukun döyüldüyü iddia edilən Çeşmə (Türkiyə) kurortundakı Momo çimərliyi 15 gündür bağlanıb. Türkiyənin Turizm naziri Nuri Mehmet Ersoy hadisəni qınayıb və günahkarların cəzalandırılacağına söz verib. Çimərlik rəhbərliyi hadisənin ərazilərindən kənarda baş verdiyini və çimərlik işçilərinin bununla əlaqəsi olmadığını bildirib. Öz növbəsində Ukrayna Daxili İşlər Nazirliyi Türkiyədə Kirilyuka edilən hücumun obyektiv və tez bir şəkildə araşdırılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini vacib sayır.

 

Qeyd edək ki, Dariya Kirilyuk 24 yaşlı model və Green Vibes markasının həmtəsisçisidir. Kirilyuk modelyer kimi karyerasına 12 yaşında başlayıb 18 yaşında Ukraynadan ABŞ-a köçüb.

© xezerxeber.az


221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR