Ombudsman Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama verib - VİDEO

14.07.2020 16:44

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan Tovuzun Ağdam kəndindədir.


Xezerxeber.az-ın məlumatına görə, Ombudsman artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlunun evinə baş çəkib.

S. Əliyeva bildirib ki, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib.

Baş verənlərlə bağlı monitorinq aparmaq üçün Tovuza gəldiklərini deyən Ombudsman mülki əhaliyə qarşı təcavüz törədildiyini vurğulayıb. O, toplanmış fakt və materiallar əsasında geniş hesabatı hazırlayaraq, beynəlxalq təşkilatlara göndərəcəklərini bildirib.

Xezerxeber.az Ombudsman Səbinə Əliyevanın mövzu ilə bağlı açıqlamasını təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






242 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR