Düşmənin bir neçə hərbi obyekti, texnikası və 20-dən çox şəxsi heyəti məhv edilib - VİDEO

13.07.2020 21:05

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bir neçə hərbi obyektinin və texnikasının darmadağın edilməsi ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-də günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20-dən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.



© xezerxeber.az

FOTOQALERIYA






1036 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR