Diri heyvan ucuzlaşıb - VİDEO

11.07.2020 09:15

Rayon bazarlarında diri heyvanın qiyməti düşüb.

Xezerxeber.az-ın məlumatına görə, Bərdə heyvan bazarında satıcılar deyirlər ki, əvvəllər diri çəkili dana 1000 manata satılırdısa, hazırda bu rəqəm 900-950 manata düşüb. Ucuzlaşma xırdabuynuzlu heyvanların qiymətinə də təsir edib.

Satıcılar ucuzlaşmanın səbəbini koronavirus pandemiyası ilə əlaqələndirirlər.

Ətin pərakəndə satış qiymətində də qismən düşmə var. Qəssablar bunun səbəbini tələbatın azlığı ilə əlaqələndirirlər.

Bazarlarda mal ətinin bir kiloqramı 9-10, quzu əti isə 12-13 manat arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


513 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR