AQTA tərəfindən reydlər davam etdirilir - VİDEO

04.07.2020 19:47

Ağstafada ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər keçirilib. Məqsəd koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət etmək olub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları silsilə reydləri Ağstafada davam etdiriblər.

Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun əsas ticarət mərkəzində ət və ağartı, eləcə də ərzaq malları satılan ərazilərə baxış keçirilib. Reyd keçirilən satış nöqtələrində bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması, həmçinin antisanitariya faktları üzə çıxıb.

Gün ərzində rayonda fəaliyyət göstərən bir neçə ictimai iaşə obyektində də reyd keçirilib. Yoxlanan obyektlərin bir neçəsində metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Daha çox uyğunsuzluqların aşkar edildiyi ictimai iaşə obyektlərinin fəaliyyətinə nöqsanların aradan qaldırılmasına qədər qadağalar tətbiq edilib.

© xezerxeber.az

FOTOQALERIYA






254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR