Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Xüsusi karantin rejimi dövründə ekspres avtobuslar və bəzi taksilər işləyəcək - VİDEO

03.07.2020 20:38

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Xezerxeber.az-ın xəbərinə görə, Bakı Metropolitenində 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək sərnişindaşıma fəaliyyəti dayandırılacaq. 

Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 4, 5, 11, 12, 18 və 19 iyul tarixlərində hərəkətdə olmayacaq.

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından 06.07.2020-ci il tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunacaq.

Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib.

Bu dövrdə yalnız fərqlənmə nişanı olan, "icaze.e-gov.az" portalında şəxsi məlumatları daxil edilən, avtomobilində xüsusi şəffaf arakəsmə olan taksilər isə fəaliyyət göstərə biləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






306 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR