Bərdə rayonunda soğan yığımı aparılır. Məhsul yığılaraq kisələrə doldurulur.
Xezerxeber.az-ın məlumatına görə, bu il məhsul bol olduğundan qiymətlər də xeyli aşağıdır. Soğanın sahələrdə 30-35 kq-lıq bir kisəsinin qiyməti 2-3 manat arasında dəyişir. Məhsulun bazarlarda pərakəndə satışı isə 15-25 qəpik arasındadır.
Amma qiymət ucuz olsa da, məhsul sahələrdə qalıb.
Təsərrüfat sahibləri deyirlər ki, bu il soğanın qiyməti ucuzdur, amma buna baxmayaraq, alıcı tapmaqda çətinlik çəkirlər.
Xırda soğanın qiyməti isə daha ucuz olduğundan alıcısı nisbətən çoxdur. Bir kisə xırda soğan 2 manata satılır. Həm məhsulu becərənlər, həm də alqı-satqısı ilə məşgul olanlar deyirlər ki, soğanın ucuzlaşmasına səbəb pandemiya dövründə məhsulun xarici bazara çıxarılmamasıdır.
Xüsusilə də toyların olmaması soğana olan daxili tələbatı da xeyli azaldıb. Bundan başqa, sahələrdə eyni vaxtda kütləvi yığımın aparılması da qiymətə birbaşa təsir göstərib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Bu prospektdə avtobuslar üçün yeni hərəkət zolağı yaradıldı - VİDEO
Bu prospektdə avtobuslar üçün yeni hərəkət zolağı yaradıldı - VİDEO
Zəfər muzeyi burda olacaq: Texnikalar əraziyə gətirildi - VİDEO
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - VİDEO
Dayanacağın girişinə mane olan iki ağacın dibi betonlanıb - VİDEO
Koronavirus qrip kimi olsa, hər il... - Professordan VACİB AÇIQLAMA
Qəhrəman döyüşçülərimizi tanıyaq: Şəhid Rüfət Mehdizadə - VİDEO
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
"Gələn həftə Azərbaycanda..." - Nazirlər Kabinetindən vacib açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB