Kinematoqrafçılar İttifaqından Kann Film Festivalının rəhbərliyinə sərt etiraz - VİDEO

03.07.2020 12:44

Bu il keçiriləcək 73-cü Beynəlxalq Kann Film Festivalına təqdim olunan filmlərin siyahısında erməni rejissorun da filmi var. Rejissor Nora Martirosyanın çəkdiyi "Should the Vind Fall" filmində hadisələr Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda baş verir. Xarici qrant hesabına çəkilən film Fransa, Belçika və Ermənistanın işbirlyi kimi təqdim edilib. Yalanlar üzərinə qurulmuş ssenari əsasında çəkilən filmə Azərbaycan tərəfi növbəti dəfə etirazını bildirib.


Ermənilərin Dağlıq Qarabağ ərazisində çəkib Kann Film Festivalına təqdim etdikləri filmə görə daha bir etiraz məktubu göndərilib. Söhbət erməni rejissor Nora Martirosyanın işğal olunmuş ərazilərimizdə çəkdiyi "Should the Vind Fall", yəni "Əgər Külək Olsa" adlı filmindən gedir... Diplomatiyada uğur qazana bilməyən ermənilər məqsədlərinə çatmaq üçün kinolardan istifadə etməyə çalışır.


Fransa, Ermənistan və Belçikanın birgə istehsalı olan 1 saat 40 dəqiqlik film birbaşa erməni təbliğatına xidmət edir. Filmin beynəlxalq Kaan festivalının siyahısında yerləşdirilməsi isə Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq təşkilatların konvenisyalarına ziddir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasınınKann Festivalının təşkilatçılarına etiraz məktubundan sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da öz etirazını bildirib. Qurum Fransanın Azərbaycandakı səfirliyinə, eləcə də Kann Film Festivalına etiraz məktubu göndərib.


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli Vəliyevin sözlərinə görə, Azərbaycanın işğalda olan torpaqlarında belə bir filmin çəkilməsi həm də Fransa və Azərbaycan xalqları arasında narazılığa gətirib çıxara bilər ki, istənilən halda bu, yolverilməzdir. Məhz buna görə də, filmin beynəlxalq festivallarda iştirakının qarşısı alınmalıdır.

 


Qeyd edək ki, ermənilərin "Əgər Külək Olsa" adlı fiminin sujet xətti Ermənistan xaqlını məzlum göstərməklə onun təbliğatını həyata keçirmək məqsədilə çəkilib. Filmdə cərəyan edən uydurma hadisələr isə Xocalı aeroportunda baş verir.


© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR