İnsanların test analizi vermədən özlərini müalicə etməsi yolverilməzdir - AÇIQLAMA - VİDEO

02.07.2020 20:00

Özlərində COVID-19-un əlamətlərini müşahidə edən insanların test analizi vermədən və həkim nəzarəti olmadan özlərini müalicə etmələri yolverilməzdir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, kimsə xəstəliyin bir əlamətini özündə müşahidə edən kimi özbaşına dərman qəbul edərək "mən artıq yaxşıyam, həkimə getmirəm" deyə bilər. Amma müalicənin aparılması üçün həkim xəstəyə baxış keçirməli, yalnız bundan sonra xəstəyə müalicə təyin edilməlidir.

Baş infeksionist onu da qeyd edib ki, həkim təyinatı olmadan evdə müalicə ciddi fəsadlara səbəb ola bilər. Belə xəstələrin vəziyyətlərinin ağırlaşma ehtimalı çox yüksəkdir.

Əgər insanlar bu tövsiyələrə əməl etsələr, immun sistemləri güclənər, xəstəliklərə qarşı daha müqavimətli olar və yoluxduqları hər hansı bir xəstəliyi yüngül keçirərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






335 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR