İki sərnişin təyyarəsi səmada qəza təhlükəsi ilə üz-üzə - ANBAAN VİDEO

02.07.2020 16:03

Rusiyanın Rostov-Don şəhərinin səmasında "S7” və "Emirates” aviaşirkətlərinə məxsus sərnişin təyyarələri toqquşma təhlükəsi ilə üzləşiblər.

Vesti.ru təyyarələrin qəzadan son anda yan keçməsinin videogörüntüsünü paylaşıb.


"Airbus A320” və "Boeing 777” təyyarələri bir-birinə təhlükəli məsafəyə yaxınlaşıblar.

Uçuş zamanı təyyarələrin arasındakı minimal məsafə 10 min metr olmalıdır, lakin sözügedən hava gəmiləri bir-birinə 7,2 min metrə qədər yaxınlaşıblar, hündürlük fərqləri isə cəmi 150 metr olub.

Xoşbəxtlikdən, qəza baş verməmiş pilotlar təyyarələrin istiqamətini dəyişə biliblər.


© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR