Bayram Nurlu karantini pozduğu üçün cəzalandırıldı - VİDEO

02.07.2020 13:57

Sosial şəbəkələrdə "Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanmışdı.

Daxili İşlər Nazirliyindən  XəzərXəbər-ə verilən məlumata görə, bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilmişdir.

O, törətdiyi inzibati xətanı etiraf etmiş və bu hərəkətindən peşiman olduğunu bildirmişdir.

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR