Ermənistan tərəfi status-kvonu qorumaq üçün hər dəfə danışıqlarda hansısa əsassız iddia ortaya atmaqla sülh prosesini yubatmaq istəyir. Paşinyan rejimi bu dəfə də heç kəsi təəccübləndirmədi və xarici işlər naziri Zöhrab Mnatsakanyanın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla videokonfrans formatındakı görüşündə "Qarabağ xalqı" ifadəsini işlətməklə prosesi təxribatyönlü məcraya çəkməyə çalışdı. Ermənistan xarici siyasət idarəsi rəhbərinin bu ifadəsi həm uzun illər davam edən danışıqların ruhuna, həm də danışıqlar zamanı qəbul olunmuş prinsiplərə uyğun gəlmir.
Xezerxeber.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəhbəri Leyla Abdullayeva bildirir ki, erməni nazirin belə bir ifadəni işlətməsi bu ölkənin işğalçılıq siyasətindən heç zaman əl çəkməyəcəyini bir daha ortaya qoyur.
Məsələ ilə bağlı Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, Ermənistan xarici işlər nazirinin işlətdiyi ifadə danışıqları pozmaq üçün açıq təxribatdir.
Tural Gəncəliyev xatırladıb ki, 1992-ci ildə indiki ATƏT-in Helsinki sammitinin yekun aktında Dağlıq Qarabağ münaqişəsində maraqlı tərəflər kimi Azərbaycan və Ermənistanın adı qeyd olunub. Burda hansısa 3-cü tərəfin varlığından söhbət gedə bilməz. Münaqişənin həlli isə ancaq Dağlıq Qarabağın Azərbaycanın hüdudları daxilində olması şərtilə mümkündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
13 min kilometr yol qət edən göyərçin tələf ediləcək - VİDEO
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
13 min kilometr yol qət edən göyərçin tələf ediləcək - VİDEO
Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB