Bakıda "103"ə zənglər bir an belə dayanmır - NƏ BAŞ VERİR? - VİDEO

06.06.2020 21:55

Sərt karantin rejimi səbəbilə təcili tibbi yardıma müraciət edənlərin sayı artıb. Bunun əsas səbəbi insanların həkimə getmək üçün evdən çıxa bilməmələridir. Müraciətlərin əsas hissəsi temperatur artımı ilə bağlıdır. Müraciətlərin çoxalmasına baxmayaraq, tibbi yardım xidmətinin əməkdaşları xəstələrə vaxtında müdaxilə etməyə çalışırlar.

103 xidmətinə edilən zənglər bir an belə dayanmır. Operatorlar ünvanı dəqiqləşdirməyə, tibbi heyət isə xəstənin yanına çatmağa tələsir.


Təcili tibbi yardımdan verilən məlumata görə, zənglərin sayında artım müşahidə edilsə də, dəqiq statistik rəqəmləri bir gün sonra əldə edə bilirlər.

Müraciətlərin çox olacağı əvvəlcədən təxmin edildiyindən, Bakı üzrə təcili tibbi yardım briqadalarının sayı 139-dan, 155 -ə qədər artırılıb. Müraciətlər isə əsasən koronavirus şübhəsi ilə bağlıdır.

Bu günlərdə müraciətlər çox olduğundan, təxirəsalınmaz müdaxilə ilə bağlı çağırışlara üstünlük verilir. Ona görə də vətəndaşlardan yaranan vəziyyəti anlayışla qarşılamaları xahiş olunur.

© xezerxeber.az

FOTOQALERIYA






522 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR