Ərzaq mağazalarında sıxlıq yaşanır - VİDEO

05.06.2020 19:56

Ötən gündən etibarən Bakı şəhərində fəaliyyət göstərən ərzaq mağazalarında sıxlıq yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, karantin rejminin sərtləşdirilməsi, xüsusi ilə də həftə sonu mağazaların da işləməyəcəyinin açıqlanması paytaxt mağazalarında bu mənzərəyə səbəb olub.

Kassalar önündə sıxlıq yaşanıb. Vitrinlər isə boşaldıqca yeni mallar doldurulub.

Çəkiliş apardığımız mağazalar şəbəkəsinin bölmə müdiri Mahir Həsənov deyib ki, müştəri bolluğunun yaşanması gözlənilən idi. Buna görə də bəzi mağazalar dünən 24 saat işləyib.

Müştərilərin sayında azı 2 dəfəyə yaxın artım var. Mahir Həsənov onu da bildirib ki, vətəndaşların təlaşlanmasına ehtiyac yoxdur. Çünki anbarlarda kifayət qədər ərzaq tədarükü var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






303 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR