''ASAN Xidmət'' ictimai münasibətlərdə inqilab yaradıb - ŞƏRH - VİDEO

05.06.2020 20:43

"ASAN Xidmət" Azərbaycanda vətəndaş-dövlət münasibətlərində yeni bir məhələ oldu. ''ASAN Xidmət'' mərkəzləri ictimai münasibətlərdə inqilab yaratdı və yeni bir təfəkkür formalaşdırdı.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə ölkə başçısının Ağcabədidə ''ASAN Həyat'' kompleksinin açılışında səsləndiriyi fikirləri şərh edərkən bildirib.

O, ölkəmizdə 19 "ASAN Xidmət" mərkəzinin açılmasının və daha bir neçəsinin tikintisinin aparılmasının dövlət səviyyəsində bu xidmətə nə qədər böyük əhəmiyyət verilməsinin göstərici olduğunu bildirib.

Millət vəkili deyib ki, bu mərkəzlərdə təkcə rahatlıq deyil, həm də məmurların vətəndaşlara nümunəvi davranış modeli göstərilir. O, xidmətin nəzdində fəaliyyət göstərən könüllülər hərəkatının Azərbaycan gənclərinin inkişafına böyük töhfə verdiyini və ''ABAD Xidmət'' vasitəsi ilə də vətəndaşlara böyük dəstək göstərildiyini qeyd edib.

Aydın Mirzəzadə bildirib ki, Azərbaycanın ''ASAN'' brendi digər ölkələrdə də böyük marağa səbəb olub. Hazırda bu model bir sıra ölkələrdə tətbiq edilir. O, BMT-nin "ASAN Xidmət" mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirməsinin qürurverici olduğunu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






227 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR